7News.Az xəbər verir ki, koronavirus səbəbi ilə karantin rejiminə əməl edən müğənni Moskvadan ölkəmizə qayıda bilmir. Tez-tez post paylaşan Damla izləyicilərin diqqətindədir. Yeni paylaşdığı fotosuna maraqlı şərh yazan müğənni bu dəfə şərh bölümünü bağlayıb.
Şərhdə qeyd olunur:
"İndi Bakıdakı ayaqqabılarım elə bilir ölmüşəm".
Azərbaycana qayıtmağın həsrətində olan müğənninin bu paylaşımı izləyicilərin marağına səbəb olub. Fotoya 48 min bəyənmə gəlib.

7News.Az








