lombard

Elman Rüstəmov dollarla bağlı əhaliyə müraciət etdi - VİDEO

Elman Rüstəmov dollarla bağlı əhaliyə müraciət etdi - VİDEO

Son günlər dünya bazarında neftin qiymətinin düşməsindən sonra Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı əhali arasında yaranan ajortajla bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov münasibət bildirib.

7News.Az Real TV-yə istinadən xəbər verir ki, E.Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda bütün tədbirlərdən istifadə olunur ki, dolların məzənnəsi yüksəlməsin: "Martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. Bu gün də iclas davam etdiriləcək. Mən əhalini təmkinli olmağa çağırıram". 

 

7News.Az

Xəbər lenti