RU
Əməkdar artist səhnəyə sərxoş çıxdı - Yıxıldı + Video
10:53
623

Əməkdar artist səhnəyə sərxoş çıxdı - Yıxıldı + Video

Rusiyanın əməkdar artisti Qriqori Leps səhnəyə sərxoş çıxıb.

7News.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, sənətçi ötən həftə Rostov şəhərində konsert proqramı ilə çıxış edib.

Müğənni Rostov-Donda baş tutan gecəyə içkili vəziyyətdə gəlib. O, ifa edərkən sözlərin tələffüzünü düzgün etməyib, mahnının sözləri yadından çıxıb.

Daha sonra sənətçi mahnı oxuyarkən səhnədə yıxılıb.

Əməkdar artistin bu hərəkətləri birmənalı qarşılanmayıb, müzakirələrə səbəb olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ