7News.Az xəbər verir ki, dünyaca məşhur bəstəkar-müğənni Emin Ağalarov bu münasibətlə Donald Trampı təbrik edib.
O, sosial şəbəkədə Donald Tramp, atası Araz Ağalarovla fotosunu paylaşaraq "Səma öz həddini doldurdu. Təbriklər, cənab Prezident" şərhini yazıb.
Qeyd edək ki, E.Ağalarov Trampla dostluq əlaqələri ilə seçilir. O, sosial şəbəkə hesabında tez-tez Trampla fotolarını paylaşır.








