RU
“Ərə getmədən ana ola bilərəm“ - Məşhur aktrisa
13:40
219

“Ərə getmədən ana ola bilərəm“ - Məşhur aktrisa

Türkiyəli aktrisa Burcu Özbərkin ötən gün verdiyi müsahibəsi səs-küyə səbəb olub.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi evlənmədən övlad sahibi olmaq istədiyini bildirib:

"Ana olmaq üçün evliliyə ehtiyac yoxdur. Təəssüf ki, qadınlar bəlli  yaşdan sonra ana ola bilmirlər. 31 yaşım var və evlənməyi düşünmürəm. Amma gələcəkdə bir uşağım olmasını istəyirəm. Bu səbəbdən yumurtalığımı donduracağam".

Sənətçi hələlik qardaşı uşağı ilə maraqlandığını deyib: "Qardaşım oğlu ilə maraqlanıram. Onu böyütməyə çalışıram. Bilirəm ki, uşaq böyütmək çox çətindir”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ