RU
Ərəb kralı üçün
00:23
851

Ərəb kralı üçün "Mardan Palace"a 65 özəl avtomobil gətirilib

Antalyada keçiriləcək G-20 liderlər zirvəsi üçün Türkiyəyə gələcək olan Səudiyyə Ərəbistanı Kralı Salman Bin Əbdüləzizin əşyaları artıq gətirilib.

Kral azərbaycanlı iş adamı Telmana İsmayılova məxsus "Mardan Palace"da qalmağı planlaşdırır. İçərisində kralın əşyaları olan özəl təyyarələr bu gün hava limanına enib. Kral üçün istifadə ediləcək qab-qacaqlar, yataq dəstləri, geyimlər 16 ədəd yük maşınına yığılıb. Yük maşınları və 65 ədəd özəl hazırlanmış "Mercedes" markalı avtomobillər otelin həyətinə gətirilib.

Kral mehmanxanada qaldığı müddətdə heç bir müştəri qəbul edilməyəcək. O, bunun üçün otelə 18 milyon dollar ödəyəcək.

Salman Bin Əbdüləziz və oğlu şahzadə Əl-Vəlid bin Təlal Əbdüləziz əl Suud bir gecəsi 15 min avro olan villada qalacaqlar.

Kralın işçiləri ondan bir neçə gün əvvəl Antalyaya gələcək, aşpaz və krala xidmət edən işçilərə dərslər keçiləcək.

Qeyd edək ki, Telman İsmayılova məxsus olan otel bir neçə gün əvvəl "Halk bank"a satılıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ