Məşhur azərbaycanlı model Samira Ağayeva "İnstagram" hesabında yeni paylaşımı ilə bir daha özünü müzakirə obyektinə çevrilib.

Gözəl bədən quruluşu ilə fərqlənən model bikinidə çəkdiyi videosunu 127 min izləyicilə bölüşüb.

O, aclıq dietasına başladığını, 1 həftədir ancaq su içdiyini və nəticədə çox arıqladığını yazıb.

Qeyd edək ki, Samira Ağayeva yerli mətbuatda "Birgünlük ərəb şeyxinin həyat yoldaşı olmuşam" açıqlaması ilə məşhurlaşıb.