Türkiyənin ATV kanalında Esra Erolun aparıcılığı ilə yayımlanan ailə-məişət problemləri ilə bağlı verilişdə qalmaqallı anlar yaşanıb.
7News.Az Milli.Az-a istinadla bildirir ki, verilişə qatılan qadının əri və 19 yaşlı sevgilisi ilə bir evdə yaşaması, ərindən heç vaxt boşanmayacağını deməsi aparıcı daxil olmaqla, tamaşaçıları da təəccübləndirib.
Mevla Kaya adlı qadın əri Salih və onun 19 yaşlı sevgilisi Nilufərlə bir evdə yaşadığını bildirib. Ərini çox sevdiyini söyləyən qadın bildirib ki, nə olur olsun ərindən boşanmayacaq.
Verilişdə Salih və sevgilisinin rahat davranışları və vecsizliyi aparıcını təəccübləndirib. Hətta Nilufər bildirib ki, Salihin arvadı ilə çox yaxşı yola gedirlər.
Qeyd edək ki, Salihin Mevladan 3 övladı var.
Maraqlı görüntüləri təqdim edirik:








