RU
Ərindən boşanıb özündən 22 yaş kiçik oğlanla evlənir
20:40
454

Ərindən boşanıb özündən 22 yaş kiçik oğlanla evlənir

Şotlandiyada yaşayan Daun Norti oğlunun ən yaxın dostu ilə evlənməyi planlaşdırır.

Yenisabah.az xəbər verir ki, münasibətinə görə təhdidlər alan 42 yaşlı qadın, özündən 22 yaş kiçik sevgilisi haqqında, "O bizimlə yaşayır və uşaqlarım üçün gözəl bir atadır”, - ifadələrinə yer verib.

Bildirək ki, cütlük 2017-ci ildə tanış olub. Həmin vaxt Daun Norti evli olub. Bir gün Daun Nortinin oğlu Kallum Norti ilə oyun yoldaşı olan Takari Aldrik görüşməyi qərara alıb. Oğlunu görüşə aparan Daun Norti Takarini gördükdə ona aşiq olub. 2018-ci ildə 42 yaşlı qadın həyat yoldaşından boşanmağa qərar verib və bundan 7 ay sonra Takari ilə münasibətə başlayıb. Hazırda 20 yaşlı gənc ən yaxın dostunun ögey atasıdır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ