ABŞ-da həbs olunan Rza Zərrabdan boşanmaya qərar verən və evlilik müqaviləsi səbəbiylə mal mübadiləsi etməyəcəyi ortaya çıxan Ebru Gündeş yenidən gündəmə gəlib.
7News.az xəbər verir ki, 6 illik həyat yoldaşının Gündeşə dəfələrlə bahalı hədiyyələr verməsi müzakirələrə səbəb olub.
Hətta Ebru bir müddət əvvəl "Rza mənə Marsı alacaq” deyərək maraqlı açıqlama da verib. Müğənninin sərvəti barədə bəzi məqamlar ortaya çıxıb.
Belə ki, Rzanın ona aldığı əkiz villaları və "Duty Free” adlı atı iki il əvvəl geri qaytarıb.

Gündeşin illər əvvəl Ulus və Acerkent ərazilərində aldığı evlərin birində anası, digərində isə böyük qardaşı yaşayır.
Müğənni konsert, TV proqram və reklam çəkilişlərindən əldə olunan gəlirlə "Sapphire Rezidans”dan və Etilerdən özünə ev alıb.
Bundan əlavə Rzanın Ebruya hərracda 1 milyon 50 min TL-yə aldığı tablonun da Gündeşdə olmadığı məlum olub.
Məşhur müğənni 6 illik həyat yoldaşına məxsus özəl təyyarədən də istifadə etmir./qafqazinfo














