RU
Erməni deputatdan etiraf: “Bu bizim faciəmiz və dövlətimiz üçün təhlükədir”
21:30
281

Erməni deputatdan etiraf: “Bu bizim faciəmiz və dövlətimiz üçün təhlükədir”

Ermənilər kütləvi şəkildə ölkəni tərk edir.

Çox təəssüflər olsun ki, yaxın zamanlarda gözlənilən  miqrasiya  prosesi ermənilər üçün ən böyük miqrasiya olacaq.

Bu barədə Ermənistan parlamentinin  "Çiçəklənən Ermənistan” partiyasından olan Naira Zöhrabyan öz Facebook səhifəsində yazıb.

"Bu gün əlində bilet olan erməni ailəsinin özünü dünyanən ən xoşbəxti hesab edir. Dünən (yəni yanvarın 31-də)   İrəvandan Moskvaya aviabilet bir tərəfə 700 dollara satılırdı. Əgər Moskvaya bilet hərracda satılarsa, o zaman təəccüblənməyin”-  erməni deputat qeyd edib.

O əlavə edib ki, mən bu gün öz mövcudluğunu qoruyub, bir tikə çərkdən ötəri  Ermənistanı tərk edən ermənini qınaya bilmərəm. "Ən dəhşətlisi isə orasındadır ki, onda bir gün türkün onun evinə girəcəyinə əminliyi yoxdur. Bu gün erməni öz vətənində müdafiə olunmamış şəkildə yaşayır. Ən maraqlısı da odur ki, tərk edənlərin əksəriyyəti Nikol Paşinyanı seçənlərdir.
Mən ölkəni tərk etmək düşüncəsindən qorxuram.  Bu bizim faciəmizdir, dövlətimiz üçün təhlükədir. Çünki  bizim varlığımız o isanlardı”.

Qeyd edək ki, fevralın 1-dən etibarən Rusiya Ermənistana hava məkanını açıb./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ