"Ermənilər çalışırlar ki, türkün adında heç nə qalmasın"- Deputat "Gövhər ağa" məscidindən DANIŞDI

Şuşada yerləşən və azərbaycanlılara məxsus olan "Yuxarı Gövhər ağa” məscidi təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən Fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilib.

Bununla bağlı BiG.AZ-a danışan deputat Asim Mollazadə bildirib ki, ermənilər hər zaman çalışıblar ki, bizim mədəniyyəti mənimsəyib dünyaya öz adlarından təqdim etsinlər: "Ermənilər hər zaman türklərlə bir yerdə yaşayıblar və bütün adət-ənənələrini onlardan mənimsəyiblər. Öz adlarına çıxara bilmədiklərini isə farslara aid təqdim edirlər. Onlar çalışırlar ki, türkün adında heç nə qalmasın. Bu təəssüf doğurur. Lakin bu onlara xas olan davranışdır. Biz çalışmalıyıq ki, erməni yalanlarını ifşa edək və həqiqətləri dünyaya çatdıraq".
 

7News.Az

Xəbər lenti