RU
Ermənilər Kəlbəcərdə belə əylənir – VİDEO
16:15
743

Ermənilər Kəlbəcərdə belə əylənir – VİDEO

Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərindən görüntülər paylaşmaqda davam edir.

Bu dəfə onlar Kəlbəcərin İstisu sanatoriyasından video paylaşıb. 

Qeyd edək ki, erməni gənclər Azərbaycanın işğal edilmiş əraziləridən bu cür videoları tez -tez paylaşırlar.

Əlavə edək ki, Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu” sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ