RU
lombard
17:38
116

"Ermənilər yaramı KEYİDİCİSİZ tikdilər" - Əsirlikdən qayıdan əsgərimizdən ŞOK AÇIQLAMA

"Əl qumbarasını hazır saxlamışdım ki, əsir düşməyim. Atdım, amma nəm olmuşdu, nədirsə, partlamadı. Ermənilər məni əsir götürəndə şillə ilə vurdular. Huşum özümdə deyildi. Onu bilirəm ki, məni əsgər yoldaşlarımın üzəri ilə sürüyüb apardılar".

7News.AzSonxeber.az-a istinadən xəbər verir ki, bu sözləri 33 gün erməni əsirliyində qalan əsgər Əliyev Anar deyib:

 

"Məni nivanın "baqaj"ına saldılar. Sonra yaramın üzərinə su "baçok"u qoydular. Gözümü açanda erməni əsgərləri üzümə vurdular. Yaramı keyidici iynə vurmadan tikdilər. Əlimi, gözümü bağlayıb, yaralı halda məni qandalladılar. Dəmir çarpayının üzərinə xərək qoydular, məni onun üzərində yatırtdılar. Yaramın üstündən təpikləyirdilər. İki gün xəstəxanada yemək vermədən saxladılar. Həkimlər bizə işgəncələr verirdilər. Qolumuzu yandırır, dərimizə spirt çəkir, yaralarımıza xətkeşlə vururdular".


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ