İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri Səttar Seviginin ailə həyatı qurduğu və erməni olduğu deyilən Cəmilə Qaravəliyeva açıqlama verib.
Göndərdiyi açıqlamada xanım Qaravəliyeva haqqında yayılan, şərəf və ləyaqətinə toxunan informasiyanın tamamilə yalan olduğunu qeyd edib:
"Bu xəbər kimlərinsə sifarişi ilə ailəmiz haqqında yanlış fikir yaratmaq üçün yayımlanıb. Mən Bakı şəhərində anadan olmuşam. İncəsənət və Mədəniyyət Universitetini qırmızı diplomla bitirmişəm. 20 ildir ki, media sahəsində çalışıram.
Nəzərinizə çatdırım ki, biz zadəgan ailənin nümayəndəsiyik. Əslən azərbaycanlı olan ailəmizin heç zaman ermənilərlə qohumluq əlaqəsi olmayıb. Babam Ağayev Musa İsgəndər oğludur və o, Fəxri Xiyabanda dəfn edilib. Baba nəslimiz olan Ağayevlər Azərbaycanın əzəli torpağı olan Şuşa şəhərinin zadəgan nəslinin davamçısıdır. Dövlət xadimi olan Musa Ağayev 1961-1964-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsinə başçılıq edib. Ağayev Musanın texniki peşə təhsil sisteminin inkişafında və təkmilləşdirilməsində böyük rolu var.
Vətən - Azərbaycan qarşısındakı xidmətlərinə görə "Şərəf nişanı" ordeni, "1941-1945-ci illərdəki Böyük Vətən müharibesində əmək igidliyinə görə" medalı ilə təltif olunub.
O, Azərbaycan SSR Ali Soveti və Bakı Şəhər Sovetinin deputatı olub.
Onun valiyedinləri ermənilərin XX-ci əsrin əvvəlində Şuşada törətdiyi genosid zamanı həlak olublar.
Nənəm evdar qadın olub. İkinci Dünya Müharibəsi illərində Azərbaycanda Sovet Ordusu sıralarında qulluq edib. Faşizm üzərində qələbədə onun da rolu var. Ona sübüt olaraq bir neçə medal və ordenlər var.
Atası tərəfdən babası istedadli alim və pedaqoq, iqtisadiyyet elm üzrə professoru Qaravəliyev Əhməd Mustafa oğludur. Əslən Qazaxlıdır.
Qaravəliyev Əhməd Mustafa oğlu 1910-cu ildə anadan olmuşdur.
1953-cü ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 100-dən artıq elmiəsərin müəllifi olub. İstehlak kooperasiyası problemlərinin tədqiqi sahəsində tanınmış alimlərdən biri olmuşdur. 1966-cı ildə nəşr olunan "Azərbaycanın istehlak kooperasiyasının tarixi" monoqrafiyası Azərbaycan iqtisadi tarixinin bu sahəsini öyrənmək üçün zəngin mənbədir. 1947-1956-cı illərdə və 1966-1982-ci illərdə AzXTİ-də müəllim, baş müəllim, kafedra müdiri, dekan vəzifələrində işləmişdir.
1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda "Siyasi iqtisad" kafedrasının professoru olmuşdur. 1991-ci ildə vəfat etmişdir. (bu unec.edu. az saytdan olan malumat)
Nənəm də Qazaxlıdır (atam tərəfindən)".
Qeyd edək ki, bu barədə məlumatı publika.az saytı yayıb.//qafqazinfo
7News.az








