RU
Ermənistan KTMT-də səs hüququnu itirə bilər
11:40
20

Ermənistan KTMT-də səs hüququnu itirə bilər

Noyabrın 11-də Moskvada keçiriləcək təşkilatın sammitində Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səs hüququndan məhrum edilməsi məsələsi müzakirəyə çıxarıla bilər.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.

"Təşkilat üzvlərindən hər hansı birinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı istənilən qərarlar birbaşa Kollektiv Təhlükəsizlik səlahiyyətinə aiddir. Şura bu cür qərarları təşkilatın nizamnaməsinə (xüsusən də 20 və 25-ci maddələrdə yer alan normalara) əsasən qəbul etmək hüququna malikdir", - deyə Qaluzin öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı nizamnamənin müvafiq maddəsinin tətbiqi barədə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, KTMT Nizamnaməsi beynəlxalq bir müqavilədir və bütün tərəflər, eləcə də hər bir üzv dövlət təşkilat orqanlarının fəaliyyətini maliyyələşdirmək öhdəliyini vicdanla yerinə yetirməlidir.

"İrəvanın təşkilatın fəaliyyətində iştirakdan imtina etməsi və büdcə ilə bağlı illik qərarları imzalamaması yalnız ona məxsus olan hüquqdan istifadə etməməsi deməkdir. Lakin bu, Ermənistanın milli üzvlük haqqını vaxtında ödəmək öhdəliyini aradan qaldırmır", - deyə diplomat qeyd edib.

Qaluzin əlavə edib ki, istənilən beynəlxalq təşkilatda institusional səmərəliliyin qorunması prinsipindən irəli gələrək, belə hallar üçün təsis sənədlərində müvafiq prosedurlar nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ