RU
Ermənistan müharibədə bu sayda itkin hərbçilərinin öldüyünü açıqladı
07:20
982

Ermənistan müharibədə bu sayda itkin hərbçilərinin öldüyünü açıqladı

Ermənilərin Füzuli rayonunda apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 2 hərbçisinin meyiti aşkarlanıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, meyitlərin şəxsiyyəti hələ məlum deyil. Bu səbəbdən də meyitlər məhkəmə-tibbi ekspertizadan keçiriləcək.

Qeyd edilir ki, bununla da Qarabağda meyitləri tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 367-yə çatıb./Report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ