RU
Ermənistan ordusunun polkovniki saxlanıldı - Rüşvət alıb əsgərləri arxa cəbhəyə keçirirmiş
16:50
199

Ermənistan ordusunun polkovniki saxlanıldı - Rüşvət alıb əsgərləri arxa cəbhəyə keçirirmiş

Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan Silahlı Qüvvələrinin polkovnikini saxlayıb.

7News.Az Trend-ə istinadən bildirir ki, polkovnik rüşvət müqabilində əsgərləri bir hərbi hissədən digərinə, eləcə də ön cəbhədən arxa cəbhəyə keçirməkdə ittiham olunub.

Qeyd olunub ki, polkovnik valideynlərin xahişi ilə 2 000-2 500 dollar müqabilində əsgərləri onların seçdikləri hərbi hissəyə yerləşdirirdi.

Bundan başqa, o, müharibə dövründə fərarilik hallarını ört-basdır etməkdə ittiham olunub.

 

Həmin polkovniklə yanaşı daha 10 nəfər saxlanılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ