RU
Ermənistan ordusunun zabiti sərxoş vəziyyətdə qəza törətdi
13:50
241

Ermənistan ordusunun zabiti sərxoş vəziyyətdə qəza törətdi

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra nizam-intizamın daha da aşağı düşdüyü Ermənistan ordusunda qalmaqallı hadisələrin sayı getdikcə artır. Növbəti belə hadisələrdən biri Ermənistan ordusunun sərxoş zabiti tərəfindən törədilib.

Erməni KİV-ləri yazır ki, artilleriya alayının zabiti Gevork Petrosyan dostları ilə birgə içki məclisində xeyli spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə şəxsi avtomobili ilə yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində iki mülki şəxs xəsarət alıb. Zabit isə təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ