RU
Ermənistan türk mallarına qoyulan qadağanın müddətini uzadır - Nazir açıqladı
14:20
326

Ermənistan türk mallarına qoyulan qadağanın müddətini uzadır - Nazir açıqladı

Ermənistan hökuməti türk mallarına qoyulan qadağanı davam etdirmək niyyətindədir.

7News.Az xəbər verir ki, bunu İqtisadiyyat naziri Vahan Kerobyan "Sputnik Armenia”ya açıqlamasında deyib.

"Düşünürəm ki, diplomatik və ya geosiyasi mühit imkan versə, qadağanı daha altı ay uzadacağıq”,-deyə o əlavə edib.

Türk mallarının Ermənistan bazarına girməsinə münasibət bildirən erməni nazir, qadağanın erməni müəssisələrinin istifadə edə biləcəyi xammallara aid olmadığını bildirib:

"İdxalı qadağan olunmuş malların siyahısına hazır məhsullar daxildir. Son qərarda onlara liftlər əlavə edilib”.

Xatırladaq ki, fevralın 3-də erməni parlamentinin vitse-spikeri Alen Simonyan Türkiyə mallarına tətbiq olunan qadağaya baxmayaraq, erməni sahibkarların Türkiyədən mal gətirdiyini demişdi.

 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ