Ermənistan Türkiyəyə humanitar yardım göndərib.
Bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan öz tviter hesabında açıqlayıb.
Onun sözlərinə görə, humanitar yardım daşıyan yük avtomobilləri sərhəddə Marqara körpüsündən keçərək zəlzələdən zərər görən bölgələrə doğru yola düşüblər.








