Ermənistanda Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan saxlanılıb.
O, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi çərçivəsində tutulub.
Komitədən bildirilib ki, istintaqın maraqları nəzərə alınaraq işin detalları açıqlanmır.
Qeyd edək ki, Arsen Ağababyan "Həyat üçün ölkə” Partiyasının üzvüdür.








