RU
Ermənistanda koronavirusdan ölənlərin sayı 3 130-a çatdı
15:10
362

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 130-a çatdı

Ermənistanda son sutkada 196 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

7News.Az xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 168 496-ya çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 130-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 786 nəfərdir. İndiyədək 160 405 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 175 aktiv koronavirus xəstəsi var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ