Ermənistanda son sutkada 123 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
7News.Az xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 168 300-ə çatıb.
Ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 3 126-ya yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 784 nəfərdir. İndiyədək 160 169 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 221 aktiv koronavirus xəstəsi var.








