RU
Ermənistanda koronavirusdan ölənlərin sayı 8 010-a yüksəlib
14:20
320

Ermənistanda koronavirusdan ölənlərin sayı 8 010-a yüksəlib

Ermənistanda son sutkada daha 289 nəfərdə COVID-19 aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 346 513-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 8 010-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 512 nəfərdir. İndiyədək 333 200 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 3 789 aktiv koronavirus xəstəsi var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ