RU
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
11:40
26

İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb

İran bu gün hava məkanını qismən yenidən açaraq ölkənin şərq hissəsindən keçən beynəlxalq uçuşlara icazə verib.

Bu barədə ölkənin Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

"Ölkənin hava məkanının şərq hissəsindəki hava marşrutları İran üzərindən tranzit həyata keçirən beynəlxalq uçuşlar üçün açıqdır”, – təşkilatdan bildirilib.

Qeyd olunub ki, bəzi hava limanları da səhər saatlarından fəaliyyətini bərpa edib.

Buna baxmayaraq, uçuş izləmə saytları İran üzərindən keçən beynəlxalq reyslərin hələ də həyata keçirilmədiyini, bir çoxunun isə ölkənin hava məkanından yayınaraq daha uzun marşrutlarla hərəkət etdiyini göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ