RU
Ermənistandan Türkiyəyə TƏLƏB: “Sərhədləri açın”
21:00
517

Ermənistandan Türkiyəyə TƏLƏB: “Sərhədləri açın”

Ermənistan Türkiyədən sərhədlərin açılmasını istəyir.
 
Modern.az xəbər verir ki, bu barədə parlamentdə çıxışı zamanı xarici işlər naziri Ara Ayvazyan açıqlama verib.
 
"Türkiyə ilə sərhədlərin bağlı qalması Qarabağda status-kvonun saxlanması ilə bağlı idi. Amma bu status-kvo güc yolu ilə dəyişdirildi. Artıq sərhədləri bağlı saxlamaq üçün səbəb yoxdur. Amma qeyd etməliyəm ki, sərhədlərin açılması üçün heç bir proses aparılmır”- deyə Ara Ayvazyan söyləyib.
 
Onun fikrincə, Ermənistanın deblokadası həm risklər, həm də yeni imkanlar yaradacaq.  
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ