Ermənistanın "Zvartnots” hava limanının polisi Mahaçqala-İrəvan reysi ilə uçan sərnişinin yükündə tapança aşkarlayıb.
Bu barədə Ermənistan polisinin mətbuat xidməti xəbər verib.
Qeyd edilir ki, o, 21 yaşlı gəncdir. Həmin şəxsin yükündən "STT” markalı tapança aşkarlanıb.
Kişi polisə aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./report
7NEWS.Az








