Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan axtarışa verilib.
7News.Az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş Prokurorluğu yayıb.
Ətraflı
Məlumata görə, Sarkisyan 2018-ci ildən ABŞ-də yaşayır. Prokurorluq onun barəsində ittiham irəli sürülüb və məhkəmə Sarkisyanın qiyabi həbs olunması barədə vəsatəti təmin edib.
Bildirilir ki, 2016-2018-ci illərdə müdafiə naziri olan V.Sarkisyan hərbi qulluqçular üçün mənzillərin paylanılmasında sui-istifadə hallarına yol verib.








