7NEWS.az xəbər verir ki, Estoniyanın baş naziri Kaja Kallas istefa verib. Baş nazir Kallas sosial media hesabından verdiyi açıqlamada Estoniya Konstitusiyasına görə mövcud hökumət istefa vermədən yeni hökumətin qurulmasının mümkün olmadığını bildirib və yeni koalisiya hökumətinin qurulması üçün istefa verdiyini açıqlayıb. Digər tərəfdən, mart ayında ölkədə ümumi seçkilərin keçirilməsi nəzərdə tutulur.
7NEWS.az








