7News.az xəbər verir ki, Avropanın ən aktiv vulkanı olan Etna dağındakı güclü vulkanik fəallıq Siciliya sərhədlərini aşaraq Aralıq dənizi regionuna yayılıb. Külək vasitəsilə yayılan və vulkandan yüksələn kül buludu Malta üzərindən Şimali Afrikaya qədər çatıb. Bu vəziyyət, xüsusilə hava nəqliyyatında ciddi aksamalara səbəb olub. Kataniya hava limanında uçuşlar dayandırılıb, yüzlərlə reys ya ləğv edilib, ya da digər hava limanlarına yönləndirilib.








