RU
Etna vulkanında ildırım vuran ABŞ vətəndaşı ölüb
11:10
26

Etna vulkanında ildırım vuran ABŞ vətəndaşı ölüb

İtaliyanın Siciliya adasındakı Etna vulkanına qalxan 30 yaşlı ABŞ vətəndaşı ildırım vurması nəticəsində həyatını itirib.

Bu barədə ANSA məlumat yayıb.

Hadisə bazar günü axşam baş verib. İlkin məlumata görə, turist tufan başladığı zaman ziyarət üçün qadağan olunmuş ərazidə olub.

Xilasetmə xidmətləri onu ağır vəziyyətdə taparaq Kataniyadakı xəstəxanaya aparıb. Lakin kişi xəstəxanaya çatdırılarkən artıq ölmüş olub.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ