Demokratiya, insan haqları və qanunun aliliyi kimi liberal dəyərlərə sadiq olduğunu Almaniya qədər çox az ölkə dilə gətirir, lakin onun yeni federal hökuməti ümumiyyətlə onlara riayət etməyə çalışmır, əksinə, ikiüzlülük və ikili standartların təcəssümünə çevrilib.
Y hökumətin 2021-ci ilin noyabrında imzaladığı təsis müqaviləsinə əsasən, Almaniya xarici, təhlükəsizlik, inkişaf və ticarətlə bağlı siyasətinə ümumi Avropa maraqlarına əsaslanan dəyər xarakteri verməklə Avropa İttifaqının (Aİ) strateji suverenliyini gücləndirməyi hədəfləyir.
Bildirilib ki, dünya uzun müddətdir Almaniyanın ikili standartları ilə üzləşir: "Məsələn, 100 000-dən çox rusiyalı əsgər Ukrayna sərhədində cəmləşdiyi halda, Berlin Baltikyanı ölkələrin sovet dövründən qalma artilleriyasının bu ölkəyə göndərilməsinin qarşısını alaraq Ukraynaya cəmi 5000 dəbilqə verməyi məqsədəuyğun hesab etmişdi. Üstəlik, Almaniyanın aparıcı siyasətçiləri "Şimal axını 2” təbii qaz kəmərini şiddətlə müdafiə etməyə davam etmişdilər”.
"Şimal axını 2” layihəsi bu münaqişəyə cəlb edilməməlidir”, - hələ o vaxt Almaniyanın müdafiə naziri Kristin Lambrext bəyan etmişdi.
Ukrayna məsələsi ilə yanaşı, Almaniya enerji şirkətlərinə təbii qaz almaq üçün 15 milyard avro ayırdıqdan sonra problemlər yaranmışdı. Belə ki, bu addım "mavi yanacağ”ın qiymətində görünməmiş sıçrayışa səbəb olmuşdu. Beləliklə, Almaniyanın avqustda yeraltı anbarlarını doldurmaq üçün təbii qaz alması 2021-ci ilin yanvar ayı ilə müqayisədə bu yanacağın qiymətinin 20 dəfə artmasına səbəb olub.
"Almaniyanın heç bir ölkədən fərqinin olmadığını başa düşməsi və buna uyğun hərəkət etməsi yaxşı olardı”, - "Euractiv” nəşrində dərc olunan məqalədə qeyd edilib./report
7NEWS.Az








