Bu sözləri açıqlamasında müğənni Səbinə Babayeva söyləyib. O bu il ölkəmizi "Eurovision"da təmsil edəcək "Dijah" haqda danışıb:
"O, uşaqlıqdan oxuyur, təcrübəsi böyükdür. Düşünürəm ki, "Eurovision"da 3 dəqiqə oxumaq onun üçün heç nədir. Mahnısı da müsabiqənin formatına uyğundur. Uğurlar arzulayıram. "Eurovision" gözlənilməz müsabiqədir. Kimin neçənci olacağı bilinmir. Müsabiqə zamanı hər şey bilinəcək. Bizə də gözləmək düşür.
Sənətçi yenidən təklif gələrsə yenidən sözügedən müsabiqəyə qatılacağını bildirib:
"Əlbəttə, razılaşaram. Vətənimlə bağlı hər işdə varam".//big
7News.az








