Bazar günü Çexiyada milli parkda baş verən meşə yanğını indiyədək min hektar ərazini yandırıb. Alov 5-ci gündə nəzarətə götürülüb.
7NEWS.az xəbər verir ki, Çexiyanın şimalında Almaniya sərhədində, Çex İsveçrə Milli Parkında bazar günü başlayan meşə yanğını 5-ci gündə nəzarət altına alınıb. 83 yanğınsöndürən, 450 yanğınsöndürən, 7 helikopter və 4 təyyarə ilə müdaxilə edilən yanğında indiyədək min hektar ərazi məhv edilib. Dumanlı hava ilə əlaqədar söndürmə işləri dayandırılıb.
7NEWS.az








