Məşhur aktrisa Fahriyə Evcən ilə bağlı yeni xəbər var.
7News.Az türk mediasına istinadən xəbər verir ki, öz gözəlliyi və sadə geyim tərzi ilə seçilən aktrisanın makiyajlı və makiyajsız fotoları müqayisə olunub.
Belə ki, sosial mediada Fahriyenin hər iki halını yanaşı qoyaraq, müqayisə etməyə çalışan izləyicilər aktrisaya müsbət şərhlər yazıb.
Onu sevənlər isə bu mövzuya xüsusilə diqqətcil yanaşıb. Aktrisanın pərəstişkarlarından biri isə bunları yazıb:
"Hər iki halı möhtəşəmdir. 3 fərqli halını görən biri olaraq onu deyə bilərəm ki, çox möhtəşəm üz dərisinə sahibdir".
Həmçinin onu sevənlərdən biri Fahriyəni Türkiyənin ən gözəl qadını hesab edib.
"Bu qadını makiyajlı və makiyajsız deyə ayırmıram. Şübhəsiz Türkiyənin ən gözəl qadınıdır".
İzləyicilərdən biri isə Fahriyeni ötən günlərin birində canlı gördüyünü bildirib.
"Keçən dəfə Fahriyeni körpəsi ilə gördüm. O, makiyasız idi. Hər halı gözəldir".

7News.Az








