RU
Finladiyadan Türkiyə ilə bağlı açıqlama:
20:50
291

Finladiyadan Türkiyə ilə bağlı açıqlama: "Təhvil verməyəcəyik"

Finlandiya Türkiyənin ekstradisiyasını istədiyi terrorçularla bağlı açıqlama verib.
 
Türkiyənin ekstradisiya tələb etdiyi terrordan uzaqlaşmasını istədiyi terrorçularla bağlı Finlandiya parlamentinin sədri Matti Vanhanen qalmaqallı açıqlama verib.
 
Rusiyanın Ukraynaya hücumundan sonra İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətləri gündəmdə qalmaqdadır.
Türkiyənin ekstradisiya tələb etdiyi FETÖ və PKK terrorçularına hər iki ölkə indiyədək müsbət cavab verməyib. Türkiyə terroru dəstəklədiklərinə görə hər iki ölkənin üzvlüyünə səsvermədə "yox" səsi verəcəyini açıqlayıb.
 
Vanhanen Türkiyənin ekstradisiya tələbləri ilə bağlı bunları deyib: "Türkiyə anlamalıdır ki, qanunun aliliyi ilə bağlı məsələlərdə siyasi mövqeyimizi dəyişməyəcəyik. Günahsız insanlar, xüsusən də həbs olunma və ya məhkum olunma riski varsa, başqa ölkəyə təhvil verilməyəcək”./azxeber
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ