Fransa Xarici İşlər Nazirliyi Belarusdakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
7NEWS.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Rusiya-Ukrayna müharibəsi və Avropa İttifaqı (Aİ) ölkələri ilə Belarus arasında hava məkanının bağlanması səbəbindən öz vətəndaşlarından Belarusu quru yolu ilə tərk etmələrini istəyib. Nazirlikdən verilən açıqlamada Litva və Latviya sərhədlərində keçidlərin açıq olduğu, Polşaya keçid üçün fevralın 13-dən yalnız Terespol marşrutunun açıq olduğu bildirilib.
7NEWS.az








