7News.az xəbər verir ki, yanacaq qiymətlərinin kəskin artmasına etiraz edən Fransa fermerləri səslərini eşitdirmək üçün növbəti dəfə qeyri-adi bir aksiya keçiriblər. Paris yaxınlığındakı Guyancourt şəhərində yerləşən vergi idarəsinə traktorlarla gələn fəallar binanın girişinə tonlarla peyin, saman və taxta tullantıları töküblər.








