RU
Hindistanda metro stansiyasında tüpürmə qutusu quraşdırılıb
11:50
24

Hindistanda metro stansiyasında tüpürmə qutusu quraşdırılıb


7News.az xəbər verir ki, Hindistanın Mumbai şəhərindəki bir metro stansiyasında insanların ictimai yerlərdə tüpürməsinin qarşısını almaq məqsədilə diqqətçəkən bir təşəbbüs həyata keçirilib. Stansiyada quraşdırılan və üzərində "Dünyada tüpürmək üçün ayrılmış ilk xüsusi zona" yazısı olan təmassız tüpürmə qurğusu vətəndaşlar arasında müzakirələrə səbəb olub. Bəziləri bu tədbiri praktik hesab etsə də, digərləri tüpürmə vərdişinin tamamilə aradan qaldırılmasına çalışmaq əvəzinə, bunun üçün xüsusi bir zona yaradılmasını tənqid ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ