Tanınmış iş adamı və həyat yoldaşı helikopter qəzasında həlak olublar
7News.az xəbər verir ki, Zimbabvenin Marondera bölgəsinin kənd ərazisində helikopterin qəzaya uğraması nəticəsində tanınmış zimbabveli iş adamı Viknell Çivayo və həyat yoldaşı Lüsi Muteke də daxil olmaqla altı nəfər həyatını itirib. Qəza zamanı yanacaq sızması səbəbindən yanğın baş verib. Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Bununla bağlı texniki və məhkəmə-tibbi araşdırmalara başlanılıb.