Fransa paytaxtı Parisdə yerləşən tarixi məhkəmə binası qarşısında aksiya baş verib.
7News.Az xəbər verir ki, buna 13 yaşlı Coliyə 2 il ərzində 20 təcili yardım işçisinin təcavüz etməsi səbəb olub.
Etirazçılar aksiya zamanı sözügedən 20 nəfərin mühakimə olunmasını tələb edib.
Bildirək ki, 2020-ci il noyabrın 2-də hadisə ilə əlaqədar açılan məhkəmədə yalnız 3 təcili yardım işçisinə qarşı təcavüz iddiası təsdiqlənib. Digər 17 nəfərdən bəzilərinin etiraflarına baxmayaraq, onların vəzifələrini davam etdirməsinə qərar verilib.
Qeyd edək ki, 2008-ci ildə Colinin məktəbdə vəziyyəti pisləşib. Bu zaman məktəb rəhbərliyi dərhal təcili yardıma zəng vurub. Onlar ilkin müdaxiləni ediblər. Bundan sonra təcili yardım işçilərindən biri Colinin şəxsi məlumatlarını dəftərinə qeyd edərək onunla sosial şəbəkə üzərindən əlaqə yaradıb. O, iki il səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib və hadisələr də bu zaman cərəyan edib.
7News.Az








