Fransada tarixi səsvermə: Evtanaziya haqqında qanun qəbul edildi
7News.az xəbər verir ki, Fransa Milli Assambleyası uzun müddətdir müzakirə olunan, həyatın tibbi müdaxilə ilə sonlandırılmasına dair qanunu qəbul edib. Prezident Emmanuel Makronun seçki vədləri sırasında yer alan bu təşəbbüs, qüvvəyə minməzdən əvvəl baxılması üçün Konstitusiya Şurasına təqdim olunacaq.