7NEWS.az xəbər verir ki, Taxıl Dəhlizi müqaviləsinə uyğun olaraq, bu yaxınlarda Ukraynadan gələn "Razoni” yük gəmisi ilə başlayan taxıl daşınması sürətlənməyə başlayıb. Daha 3 taxıl yüklü gəminin Ukraynadan yola düşdüyü açıqlanarkən, taxılı Ukraynaya aparmaq üçün Sarıyer dənizində lövbər salan boş "Fulmar S” gəmisində səhər saatlarında yoxlama aparılıb. Türkiyə, BMT, Rusiya və Ukrayna nümayəndələrindən ibarət nümayəndə heyətinin boş qalan "Fulmar S” gəmisində təxminən bir saat yarım davam edən yoxlamaları başa çatıb.
7NEWS.az








