RU
Futbol komandasını daşıyan avtobus körpüdən aşıb, 4 nəfər ölüb
20:30
747

Futbol komandasını daşıyan avtobus körpüdən aşıb, 4 nəfər ölüb

Braziliyada futbol komandasını daşıyan avtobusun körpüdən aşması nəticəsində 4 nəfər ölüb.
Bu barədə yerli "g1.globo.com” saytı məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında Minas-Jerays ştatında baş verib.

Adı açıqlanmayan komandanın avtobusunun aşması nəticəsində xəsarət alan digər 29 sərnişin xəstəxanaya aparılıb. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Ölənlərin adları açıqlanmasa da, onlardan üçünün 14-17 yaş arası yeniyetmə olduğu bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ