Gecə saatlarında Əfqanıstanda 5.2 bal gücündə zəlzələ qeydə alınıb.
7News.Az TASS-a istinadən xəbər verir ki, zəlzələnin episentri 161 min sakini olan Kunduz şəhərindən 70 kilometr cənubda, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.
Daha bir güclü zəlzələ Kosta-Rikada olub. 5.6 maqnitudalı yeraltı təkanlar 12 min nəfər əhalisi olan Santa-Krus şəhərindən 110 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Hər iki təbiət hadisəsi zamanı dağıntılar və insan ölümü qeydə alınmayıb.








