Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir.
7News.Az Banker.az-a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektron pul transferləri barədə quruma məlumat ötürmə qaydasında dəyişiklik edilib.
Belə ki, "Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə karşı mübarizə haqqında” qanunvericiliyə uyğun olaraq, müəyyən edilmiş limitdən yuxarı əməliyyatların sənədləri MMX-yə təqdim olunmalıdır.
Yeniliyə əsasən, göstərici məbləğ dəyişməyərək 20 000 manat (və ya xarici valyutada onun qarşılığı) səviyyəsində qalsa da, hesablanma prinsipi fərqlənəcək. Artıq bu limit bir təqvim ili çərçivəsində tətbiq ediləcək və müştərinin il ərzində edəcəyi hər bir növbəti elektron köçürmə əməliyyatına şamil olunacaq.
Hüquqi şəxslərin benefisiarları ilə bağlı tələb: Monitorinqə cavabdeh qurumlar mövcud hüquqi şəxs olan müştərilərinin son benefisiar mülkiyyətçiləri barədə məlumatları 2027-ci il dekabrın 31-dək Xidmətə göndərməlidirlər.
Yeni qaydalar oktyabrın 1-dən etibarən hüquqi qüvvəyə minir.








