RU
Masallıda qəza olub, iki nəfər ölüb
10:40
22

Masallıda qəza olub, iki nəfər ölüb

Masallıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saatlarında rayonun Mollaoba kəndində qeydə alınıb.

Belə ki, Masallı sakini Eminağa Həşimov idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.

Qəza nəticəsində sürücü, 1983-cü il təvəllüdlü Eminağa Həşimov və avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Elvin Həşimov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ