RU
Suriyada qaz boru kəmərində partlayış olub
10:30
19

Suriyada qaz boru kəmərində partlayış olub

Dəməşqin şərq ətrafındakı "Tişrin" İstilik Elektrik Stansiyası (İES) ərazisində qaz boru kəmərində baş verən partlayış elektrik stansiyasının özünün, həmçinin digər iki – "Deyr Əli" və "Ən-Nasiriyyə" İES-in işində fasilələrə səbəb olub.

Bu barədə Suriya Energetika Nazirliyi məlumat yayıb.

Stansiya mütəxəssisləri qaz klapanlarını bağlayıb və boru kəmərinin zədələnmiş hissəsini təcrid ediblər. Bu, qaz axınını azaldıb və yanğın mənbəyini zəiflədib. Yanğınsöndürmə işləri qalan qaz ehtiyatları buxarlandıqdan və alovlanma təhlükəsi aradan qaldırıldıqdan sonra başlayacaq.

"Bu elektrik stansiyalarının bağlanması elektrik enerjisi istehsalının azalmasına və mövcud istehsal gücünün çatışmazlığı səbəbindən müvəqqəti enerji təchizatı məhdudiyyətlərinin artmasına səbəb olacaq", - Energetika Nazirliyi bildirib.

Nazirlik əlavə edib ki, partlayışın nəticələri aradan qaldırıldıqdan sonra enerji təchizatı vəziyyəti barədə məlumatı yayacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ