RU
Gecə üçün xəbərdarlıq: “Əksər insanlar üçün əlverişsiz olacaq”
18:25
635

Gecə üçün xəbərdarlıq: “Əksər insanlar üçün əlverişsiz olacaq”

Gecə saatlarında yollar buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacaq, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda gecə 0-dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

G.Məmmədovanın sözlərinə görə, rayonlarda yollar buz bağlayacaq: "Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Yolların buz bağlama ehtimalı var”. 

Qeyd olunub ki, havanın temperaturunun aşağı düşməsi əksər insanlar üçün əlverişsiz olacaq.//cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ